Interposta.Info

Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)

Ölkə
 29-07-2019, 16:34     10 514

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-dən "İnterPosta.info"-ya bildirilib ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ” markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

İnterPosta.info

Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)
Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)
Düşmən təxribatı davam edir: Hərbi maşınımız atəşə tutuldu (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26