Interposta.Info

DSX məlumat yaydı: cəbhədə növbəti düşmən təxribatı - Foto

Ölkə
 12-01-2019, 14:41     10 331

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən İnterPosta.info-ya bildiriblər ki, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub. Ekskavatora doğru 7,62 millimetr çaplı PK pulemyotundan və 12,7 mm çaplı DŞK pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı.

İnterPosta.info


DSX məlumat yaydı: cəbhədə növbəti düşmən təxribatı - Foto
DSX məlumat yaydı: cəbhədə növbəti düşmən təxribatı - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26