Interposta.Info

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

Ölkə
 19-07-2019, 12:19     10 341

"Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

İnterPosta.info
banker.az-a istinadən xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında "AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura "Azericard” MMC, ABB və "Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.

Eldar Mansurovun daha bir oğlu - Ülvi Mansurov da bank sahəsində çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26