Interposta.Info

Şok iddia: Bu şəxs 2021-ci ildə Putini devirəcək - Video

Ölkə
 6-07-2019, 10:03     10 385

2021-ci ildə Rusiya Prezidenti Vladimir Putini vəzifədən uzaqlaşdırmaq məqsədilə Moskvaya yola düşən şaman Aleksandr Qabışev artıq 4 aydır ki, Şərq magistralı ilə hərəkət edir.

Qabışev Putini şər qüvvələrin məhsulu hesab edir və bildirir ki, yalnız şamanlar onunla bacarar.

“O, (Putin) qanlı iblisdir. O olmayanda azadlıq olacaq. Azadlıq isə ən qiymətlidir. Yaxşı, normal insan seçin. Diktatoru deyil, əzmli, mübariz, müasir, ticarətçi birini seçin. Hanısa faşist hakimiyyətdə oturub. Putinin getməsi mənim üçün qələbə olacaq. Əsas iblisə qalib gəlməkdir. İnsan insanla bacarar", - deyə Qabışev bildirib.

Qeyd edək ki, şaman bu günə kimi təxminən 2000 km yol qət edib.
O, 2021-ci ildə Moskvaya çatacaq./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26