Interposta.Info

Qazaxıstanda təyyarədə siqaret çəkən azərbaycanlı 63 min cərimələndi

Ölkə
 29-06-2019, 09:14     10 330

Qazaxıstanın nəqliyyat polisi Tbilisi-Nur-Sultan reysi üzrə hərəkətdə olan təyyarənin salonunda siqaret çəkən Azərbaycan vətəndaşını saxlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın nəqliyyat üzrə polis departamenti məlumat yayıb.

Bildirilib ki, 28 iyun tarixində Nur-Sultan beynəlxalq hava limanında təyyarələrdən birinin salonunda qanun pozuntusunun baş verməsi barədə polisə məlumat daxil olub. Yoxlama zamanı 29 yaşlı Azərbaycan vətəndaşının təyyarədə siqaret çəkdiyi müəyyən edilib. Bu səbəbdən həmin şəxs polis tərəfindən saxlanılaraq 63125 tenqe məbləğində cərimələnib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26