Interposta.Info

Girovluqdakı Dilqəm Əsgərovun oğlu Avropaya gedir

Ölkə
 13-06-2019, 17:19     10 283

"Qərara aldım ki, atam Dilqəm Əsgərovla bağlı olaraq Avropaya gedim”.

Bu sözləri lent.az -a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O hələ ki, hansı ölkəyə getdiyini açıqlamaq istəmədiyini bildirib:

Girovluqdakı Dilqəm Əsgərovun oğlu Avropaya gedir

"Artıq 1 il 8 aydır ki, atam Dilqəm Əsgərovdan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları nə məktub, nə video, nə də şəkil gətirib göstərirlər. Bu səbəbdən də atamın taleyindən çox narahatam. Beləliklə də qərara gəldim ki, iyun ayının sonunda Avropaya səfər edərək, bir sıra beynəlxalq tədbirlərdə iştirak edim. Orada yenidən məsələ qaldıracam ki, atam Dilqəm Əsgərov qanunsuz olaraq girov saxlanılır. Allah məni utandırmasın”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində isə qanunsuz "məhkəmə” qurulub, D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26