Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti pisləşdi
Şahbaz Quliyev ailəsinə məktub göndərib
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.
"XeberBiz" xəbər verir ki, bu barədə Real TV-yə girovun qardaşı İlham Quliyev məlumat verib.
"3 gün bundan əvvəl məktub göndərib. Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?”, - deyə İlham Quliyev bildirib.
Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, lakin məktub gəlmədiyini deyib.
"3 gün bundan qabaq BQXK-dən zəng vurdular ki, atam görüşüblər. Guya atamla bağlı hər şey qaydasındadır. Şahbazın vəziyyəti pisdir. İndi təsəvvür edin ki, Şahbaz dərmanla yaşayırsa, atam hansı vəziyyətdədir”, - deyə Kürdoğlu Əsgərov qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26