Interposta.Info

Asılmış vəziyyətdə tapılan Kəmalənin əri: “Gecə 3-də telefonla tutmuşam” – VİDEO

Ölkə
 8-06-2019, 09:33     10 379

Space Tv-də Amil Xəlilin “Gəl dərdini danış” verilişində növbəti müəmmalı ölüm hadisəsi müzakirəyə çıxarılıb.

BAKU.WS xəbər verir ki, 9 ilin gəlini Kəmalə Salyanın Xıdırlı kəndində ata evində asılmış vəziyyətdə tapılıb.
Belə ki, o, bir müddət əvvəl həyat yoldaşı ilə münaqişə yaşadığından acıq edib ata evinə qayıtmışdı.

Kəmalə bir uşaq anası idi.

Ailənin iddiasına görə, onu mərhumənin keçmiş əri öldürüb. Kəmalənin anası və yaxınlarının sözlərinə görə, o, bir gün əvvəl DİN-nin “102” xidmətinə zəng vuraraq əri Sovqat tərəfindən narahat edildiyi barədə məlumat verib.

Ana deyir ki, Kəmalə asılan zaman işıqlar sönüb. Müəmmalı məqam budur ki, o, özünü evdəki otaqların birində deyil, çölə çıxan qapıdan asıb. Ana qızının intihar etdiyinə inanmır.

Kəmalənin əri isə uşağının anasının ölümündən təəssüflənmədiyini bildirib: “Gecə saat 3-də əlində telefon tutmuşam. Yaxşı edib efvimdən çıxartmışam. Onun ölümü tükümü də tərpətmir”.

İnterPosta.info bildirir ki, Kəmalənin asılmış meyitinin tapıldığı yerin görüntüləri və anasının qandonduran açıqlamalarını aşağıdakı videoda izləyə bilərsiz:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26