Interposta.Info

BDU-da yeni təyinatlar: prorektor işdən çıxarıldı (SİYAHI)

Ölkə
 4-06-2019, 13:42     10 380

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub.

İnterPosta.info
"Report"a istinadən xəbər verir ki, tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur.

Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.

Bir müddət əvvəl isə BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi təsis olunub. Həmin vəzifə isə Əli Nağıyevə həvalə edilib. Hazırda Məzahir Sultanovun tutduğu Maliyyə məsələləri üzrə müşavirlik isə əvvəldən mövcud olub. Bununla da indi BDU rektorunun müşavirlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Həmin müddətdən 2019-cu ilin martın 11-dək BDU-nun rektoru səlahiyyətlərini Təhsil nazirinin müavini Firudin Qurbanov icra edib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

Xatırladaq ki, bir müddət əvvəl S.Hacıyevin prorektorluqdan azad edilməsi ilə bağlı xəbər yayılsa da, təsdiqini tapmamışdı.

Bir müddət əvvəl BDU-nun ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. Həmin vəzifə Cəfər Eyvazova həvalə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26