Dövlət başçısı Prezident Administrasiyasında dəyişikliklər etdi -

Müşavir postları ləğv edildi; millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə yaradıldı
Ölkə prezidenti İlham Əliyev iyunun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilməsi barədə bir sıra mühüm sərəncamlar imzalayıb. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib.
Administrasiyanın yeni strukturunun tərkibi president.az saytında dərc olunub. Hazırkı struktur belədir:
Prezident Administrasiyasının rəhbəri: Ramiz Mehdiyev
Prezidentin köməkçisi: Cəmilə Abbasova
Birinci vitse-prezidentin Katibliyinin rəisi: Altay Həsənov
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Azər Əmiraslanov
Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri: Zeynal Nağdəliyev
Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi: şöbə müdiri Fuad Ələsgərov
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Əsədov
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri: Natiq Əmirov
Prezident Katibliyinin rəisi-prezidentin köməkçisi: Dilarə Seyidzadə
Prezidentin mətbuat katibi: Azər Qasımov
Prezidentin protokol xidmətinin rəisi: Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri: Tələt Məcidov
Dövlət nəzarəti şöbəsinin müdiri: Eldar Nuriyev
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri: Yusuf Məmmədəliyev
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri: Şahin Əliyev
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri: Süleyman İsmayılov
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri: Səadət Yusifova.
APA-nın məlumatına görə, iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifələri ləğv edilib. İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək prezidentin iqtisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov həm də həmin şöbənin müdiri təyin olunub.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunun bazasında isə prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdur. Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.
Elə həmin gün Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə də vəzifəsindən azad olunub. Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur.
Prezident İlham Əliyevin fərmanına əsasən, Prezident Administrasiyasında yeni şöbə - idman və gənclər siyasəti şöbəsi yaradılıb. İdman və gənclər siyasəti şöbəsinin müdiri vəzifəsinə Yusif Məmmədəliyev təyin edilib. Y.Məmmədəliyev görkəmli alim Yusif Məmmədəliyevin nəvəsidir.
O, uzun müddət Heydər Əliyev Fondunun əməkdaşı olub.
Eyni gündə birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyinat olub. Prezidentin imzaladığı sərəncama əsasən Altay Həsənov Katibliyin rəisi təyin olunub./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26