Interposta.Info

Bakıda tıxacın qarşısını almaq üçün yeni layihə - FOTO

Ölkə
 15-05-2019, 21:56     10 309

Bakının "Neftçilər” prospektində nəqliyyat yükünü azaltmaq üçün yeni layihə təklif olunur.

Bu barədə Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açılama verib. Onun sözlərinə görə, "Neftçilər” prospektində tıxacın qarşısını almaq üçün yeni layihə ən uğurlu seçim olar.

"İlkin olaraq Bibiheybətdən Zığa qədər dəniz üzərindən körpünün tikintisi nəzərdə tutulurdu. Amma məncə, bu, vəziyyəti dəyişdirməyəcək. Məşhur qrafik dizayner Rəsul Həsən başqa layihə təklif edib. Azneft dairəsi yaxınlığından Yusuif Səfərov küçəsinədək körpünün tikilməsi təklif edilir. Bu körpü, faktiki olaraq Neftçilər prospektinin başlanğıcı ilə sonunu birləşdirəcək. Bu da "Neftçilər” prospektində nəqliyyat sıxlığını aradan qaldıracaq, - deyə ekspert əlavə edib./qaynarinfo

İnterPosta.info

Bakıda tıxacın qarşısını almaq üçün yeni layihə - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26