Interposta.Info

Neftçilər prospektindəki qatar relsləri ləğv edilir

Ölkə
 5-01-2017, 07:46     599

Neftçilər prospektindəki qatar relsləri ləğv edilir

Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb. Artıq relslərdən biri sökülüb, hazırda yerinə asfalt vurulur.

interposta.info xəbər verir ki, "Azəravtoyol" ASC-dən musavat.com-a verilən məlumata görə, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür. Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Neftçilər prospektində qatarın avtomobil yoluna çıxması, avtomobil sürücülərinin isə özlərini təhlükəyə atmasını əks etdirən video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş, video xarici ölkə KİV-lərinə qədər gedib çıxmışdı. Bu yerdə bir müddət əvvəl ağır yol qəzası da baş vermişdi.

interposta.info


Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Neftçilər prospektindəki qatar relsləri ləğv edilir
Neftçilər prospektindəki qatar relsləri ləğv edilir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26