Interposta.Info

Yaponiyada Aso vulkanı növbəti dəfə püskürüb

Ölkə
 9-05-2019, 16:40     10 458

Mayın 9-da Yaponiyanın cənub-qərbindəki Kyüşü adasında yerləşən Aso vulkanı növbəti dəfə püskürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, bu, son bir ayda Aso vulkanının dördüncü püskürməsidir. Son dəfə vulkan mayın 3-də püskürmüşdü. Hazırda vulkanın kraterindən bir neçə kilometr məsafədə təxliyə zonası mövcuddur.

Püskürmə nəticəsində hər hansı dağıntı və ya onun aviauçuşlara təsiri barədə məlumat verilmir.

Qeyd edək ki, hündürlüyü 1592 metr olan Aso Yaponiyanın və dünyanın ən böyük vulkanlarından biri hesab olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26