Interposta.Info

Azərbaycanda vulkan püskürdü - Foto

Ölkə
 1-03-2018, 18:06     10 415

Səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "XeberBiz"-a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Bildiririk ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

interposta.info

Azərbaycanda vulkan püskürdü - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26