Interposta.Info

Azərbaycan millisinin futbolçusu komandasının heyətindən kənarlaşdırıldı

Ölkə
 18-04-2019, 19:53     10 578

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə mövsümün sonuna qədər "Sabah" komandasının heyətindən kənarlaşdırılıb.

İnterPosta.info klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.

Oyunçu yığmanın da şərəfini qoruduğundan verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26