Interposta.Info

Qızıllarını internetdə satmaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO

Ölkə
 18-04-2019, 13:45     10 324

Qızıl-zinət əşyalarını elan saytı vasitəsilə satan Arzu Səlimova aldadılıb.

Binəqədi rayonunda yaşayan Arzu Səlimova bir neçə gün əvvəl qızıl-zinət əşyalarını 1800 manata satılması üçün saytların birində elan yerləşdirib. Bir nəfər Arzu Səlimovaya zəng vuraraq həmin əşyaları 1400 manata təcili almaq istədiyini bildirib. Beləliklə onlar razılaşıblar.

Bundan sonra isə həmin şəxs Binəqədi rayonu "Xırdalan dairəsi" adlanan ərazidə olacağını deyib və qızılları da ora gətirməsini istəyib.

Arzu Səlimovanın sözlərinə görə, evdə işi olduğundan məcbur qalıb qızılları oğluna verib ki, alıcı ilə görüşərək əşyaları ona satsın. Elə hər şey də bundan sonra baş verib. Oğlu Niyazi Xəlilov həmin şəxslə görüşdüyü zaman o, qızılları Niyazi Xəlilovdan alaraq 1400 manat pulun əmisində olduğunu və onu gətirməsi üçün gözləyəcəyini bildirib. Sonra isə pulu alıb gətirmək bəhanəsilə aradan çıxıb.

Bu zamn aldadıldığını başa düşən Niyazi Xəlilov dəfələrlə onun telefon nömrəsinə zəng vursa da, nömrəyə zəng çatmayıb. Elə bizim cəhdlərimiz də telefonun bağlı olması səbəbindən uğursuz olub.

Zərərçəkmiş ailə Abşeron rayon polis idarəsinə şikayət edib. Hadisə ilə bağlı polis idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, dələduzluq faktı ilə bağlı hələlik saxlanılan yoxdur./Xezerxeber.az

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26