Interposta.Info

Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq... - VİDEO

Ölkə
 6-03-2019, 11:41     10 379

Bakıda 25 yaşlı gənc qızıl mağazalarından eyni üsulla müxtəlif qızıl dəstlər ələ keçirib. O, internet üzərindən qızıl sifariş verib və ünvana çatdırılan qızılları götürərək aradan çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Əbdürrəhimov Murad Mehman oğlu öncə qızıl mağazalarının "İnstagram" hesablarına yazaraq qızıl dəstə almaq istədiyini bildirib.

Sonra isə seçdiyi dəstlərin onun ünvanına çatdırılmasını istəyib. Beləliklə, qızılları əldə edən Murad aradan çıxıb.

Satıcının sözlərinə görə, Murad onlardan oğurladığı qızılı başqa bir mağazaya dəyərindən aşağı qiymətə satıb.

Məsələ ilə bağlı Sabuncu polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26