Interposta.Info

Dünyanın ən təhlükəli quşu öz sahibini öldürdü - VİDEO

Ölkə
 15-04-2019, 19:34     10 575

ABŞ-ın Florida ştatında yaşayan və dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

Bu barədə "The Gainesville Sun" nəşri xəbər yayıb.

75 yaşlı fermer quşlara yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar huşunu itirən fermeri dimdikləyərək həyatına son qoyub.

Kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.

10 santimetrlik dimdikləri olduqca təhlükəlidir./Teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26