"Körpü-Bina-Tikinti" qazıntıya başladı, qəsəbə sakinləri etiraz etdi (FOTOLAR)
Bakının "Qanlı göl" adlanan qəsəbəsində aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
İnterPosta.info-nun məlumatına görə, bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri məlumat verib.
Onların sözlərinə, "Körpü-Bina-Tikinti" MMC sosial evlərin qarşısındakı ərazidə qanunsuz olaraq qazıntı işlərinə başlayıb: "Gəlib ərazini qazırlar. Evlərimiz qəzalı vəziyyətə düşüb, yollar bağlanıb, uşaqlarımız məktəbə gedə bilmir. Şirkətin rəhbəri də qaçıb gizlənib. Bilmirik, nə iş görürlər".
Sakinlərin etirazından sonra qazıntı işləri dayandırılıb.
İnterPosta.info![]()
![]()
![]()
![]()
![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

