Turizm reytinqi açıqlandı: Azərbaycan neçənci yerdədir

Müsəlman ölkələrinin ən çox səfər etdiyi ölkələrin reytinqi açıqlanıb.
İnterPosta.info-nun məlumatına görə, siyahıda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında İndoneziya və Malayziya liderlik edir, Türkiyə ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü pillədədir.
İƏT-ə üzv olmayan ölkələr içərisində isə birinci yerdə Sinqapur, ikinci yerdə Tailand, üçüncü yerdə isə Tayvan, İngiltərə və Yaponiya qərarlaşıb.
130 ölkənin adı olan siyahıda Azərbaycan isə 25-ci sıradadır.
Qeyd edək ki, islam turizmi reytinq cədvəli hazırlanarkən halal yemək, ibadətgahlar, tolerantlıq, təhlükəsizlik və s. amillər nəzərə alınıb./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26