Interposta.Info

Beynəlxalq hesabat:

Ölkə
 5-09-2017, 15:32     8 910

“Charities Aid Foundation” beynəlxalq xeyriyyə fondu yeni reytinq açıqlayıb. Novator.az-ın məlumatına görə, xeyriyyəçilik reytinqi 2016-cı ildə 139 ölkədə 146 min nəfər arasında aparılmış sorğu əsasında hazırlanıb.

Xeyriyyəçilik reytinqinin ilk sırasında Myanma dayanır. Hesabata əsasən, Myanma əhalisinin 91%-i xeyriyyə məqsədli vəsait ayırır. İkinci yerdə İndoneziya, üçüncü yerdə Keniya gəlir.

İlk onluqda Yeni Zelandiya, ABŞ, Avstraliya, Kanada, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Niderland da yer alır.

Azərbaycan xeyriyyəçilik sarıdan 139 ölkə arasında 126-cı yeri tutur. Ölkə əhalisinin 11%-nin xeyriyyə məqsədli vəsait ayırdığı bildirilir.

Siyahıda İran 17-ci, Özbəkistan 38-ci, Tacikistan 50-ci, Türkmənistan 69-cu, Qırğızıstan 85-ci, Qazaxıstan 87-ci, Ukrayna 90-cı, Estoniya 100-cü, Belarus 117-ci, Ermənistan 122-ci, Rusiya 124-cü, Latviya 131-ci, Gürcüstan 135-ci yerdədir.

Xeyriyyəçilik reytinqinin son sırasında – 139-cu yerdə Yəmən dayanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26