Prezidentin icra başçısı təyin etdiyi şəxs polis rəisi imiş

President İlham Əliyevin imzaladığı sərəncamla Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
İnterPosta.info publika.az-a istinadən xəbər verir ki, ixtisasca hüquqşünas olan S.Hacıyev icra başçısı təyin edilənədək Culfa Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edib.
Polis polkovnik-leytenantı olan Siyam Hacıyev polis rəisi vəzifəini müvəqqəti icra edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26