Əhmədzadənin qardaşı oğluna DİN-də yeni vəzifə verildi

Bakıda iki polis rəisi dəyişdirilib.
İnterPosta.info "Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.
Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz Əhmədzadənin oğlu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.
B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26