Interposta.Info

Aydəm İsmayılov Fəlsəfə İnstitutunda şöbə müdiri olmağa hazırlaşır? - Elmi cameə şokda

Ölkə / Manşet
 30-03-2019, 16:39     11 858

2015-ci ildə baş verən "MTN olayı"nda adı qalmaqalda hallanan iş adamı kimi tanınan Aydəm İsmayılov hələ də mətbuatın gündəmindən düşmür.

Ötən il Kənd Təsərrüfatı nazirliyində baş verən rəhbər dəyişikliklərindən sonra Aydəm İsmayılov müəmmalı formada nazirlikdə şöbə müdiri vəzifəsini tutdu.

Ancaq nazir İnam Kərimovun bu təyinatı bir çox media tərəfindən tənqid edildi. Çünki indiyədək fəaliyyəti ilə şəffaflıq nümunəsi göstərən İnam Kərimovun Aydən İsmayılov kimi adı bir çox qalmaqalda hallanan şəxsə mühüm post tapşırması düzgün seçim deyildi. Bu təyinatın əsl səbəbi ictimaiyyətə şübhəli qalsa da sonradan İnam Kərimov "səhv"ini düzəldərək Aydəm İsmayılovu nazirliyinin mərkəzi aparatından uzaqlaşdıraraq nazirliyin nəzdində fəaliyyət göstərən "Made İn Azerbaycan" MMC-yə direktor təyin etdi.

Proqnozlara görə Aydəm İsmayılov bu vəzifədə də davam gətirə bilməyəcək. Hadisələrin gedişatı göstərir ki, Aydəm İsmayılovun özü də bunun fərqindədir. Ona görə də Aydəm ismayılov son zamanlar əsas enerjisini elm sahəsinə xərcləyir.

Qeyd edək ki, Aydəm İsmayılov biznes fəaliyyəti ilə yanaşı eyni zamanda həm də fəlsəfə elmləri doktorudur. Onun son vaxtlar elmi məqalələrlə münəzəm olaraq mətbuatda çıxış etməsi Fəlsəfə İnstitutunda da narahatlıqla qarşılanır.

İnterPosta.info-nun əldə etdiyi məlumata görə Fəlsəfə İnstitutunun kluarlarında Aydəm İsmayılovun yaxın zamanlara şöbə müdiri gətiriləcəyi barədə məlumatlar dolaşır.

İnstitut işçilərinin bu ehtimala gəlməsinə səbəb isə İnstitut rəhbərliyi ilə Aydəm ismayılovun münasibətlərinin yüksək səviyyədə olması göstərilir.

Xatırladaq ki, Aydəm İsmayılovun adı sabıq MTN naziri Eldar Mahmudovun yaxın adamlarından olmuş "akula Akif"lə birlikdə çəkilir.

Bu barədə ölkə mediasında kifayət qədər müxtəlif səpkili məlumatlar var.

Qeyri iş günü olduğuna görə, institutdan mövqe öyrənə bilmədik.
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

İnterPosta.info

Aydəm İsmayılov Fəlsəfə İnstitutunda şöbə müdiri olmağa hazırlaşır? - Elmi cameə şokda

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26