Interposta.Info

Bu ölkə prezidentinin Türkiyədə qəzaya düşən oğlu öldü  

Dünya / Manşet
 4-05-2024, 09:13     38 112

Aprelin 6-da Ankarada motosiklet qəzası nəticəsində ağır yaralanan Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A. Fəttah əl-Burhan Rahman müalicə aldığı xəstəxanada 1 ay sonra dünyasını dəyişib.


"Unikal" xəbər verir ki, Mohamed Əbdülfəttah el-Burhan Rahman aprelin 6-da axşam saatlarında Gölbaşı mahalı, Kızılcaşar rayonu, Kiraz bulvarında motosikletlə avtomobilə çırpılıb. Toqquşmanın təsirindən yerə yıxılan Mohamed Əbdülfəttah ağır yaralanıb.

Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Bilkent Şəhər Xəstəxanasına çatdırılan əl-Burhan Rəhman xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Təxminən bir aya yaxındır sağalmaq üçün mübarizə aparan Sudan prezidentinin oğlu bu gün dünyasını dəyişib. Onun ölüm xəbəri Sudan prezidentinə və ailəsinə çatdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26