Tofiq Qocayevdən İnam Kərimova şikayət
Beyləqan Kənd Təsərrüfatı Müəsissəndə dövlət əmlakı necə talan edilir?
Tofiq Qocayev və Çərkəz Şirinovun qanunsuz əməlləri barədə İnam Kərimova şikayət.
Prezident İlham Əliyevin Heydər Əsədovu kənd təsərüfatı naziri vəzifəsindən azad edərək, "ASAN Xidmət"dəki fəaliyyəti ilə özünü sübut etmiş İnam Kərimovu bu vəzifəyə gətirməsindən sonra bu sahədə baş alıb gedən özbaşınalıqlara, korrupsiya əməllərinə son qoyulacağına inam böyükdür.
Sahibkarların, fermerlərin bu ümidinə səbəb isə İnam Kərimovun “ASAN Xidmət”dəki uğurlu iş prinsipinin KTN-də də davam etdiriləcəyini düşünmələridir. Məhz prezidentimizin etimadını qazanaraq Kənd Təsərrüfatı Nazirliyinə təyinat alan İnam Kərimova vətəndaşlarımızın İNAMI yüksək səviyyədədir.
Uzun müddətdir bir qrup Beyləqan rayon sakini Kənd Təəsrrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Beyləqan Kənd Təsərrüfatı Müəsissəninin direktoru Çərkəz Şirinovdan şikayətçi olsalar da, onların səslərinə səs verən yoxdur. Ancaq İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edildikdən sonra vətəndaşlar İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına yeni nazirin göz yummayacağına, onların haqq və hüquqlarının bərpa olunacğına tam əmindirlər.
Adları çəkilən şəxslərin AzFakt.com-a göndərdiyi şikayət məktubunda bildirilir ki, müəsissə direktoru Çərkəz Şirinov Kənd Təsərrüfatı nazirliyinin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevlə əlbir olaraq onların hüquqlarını tapdalamaqla məşğuldur.
Saytımız vasitəsilə İnam Kərimova müraciət edən Beyləqan sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından danışırlar.
Şikayətçilər yazırlar:
"Hörmətli nazir İnam Kərimov!
Yazıb Sizə bildiririk ki, 2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə "Xətai” MMC-nin rəhbəri olmuş Çərkəz Şirinov direktor təyin edilmişdir. Həmin gündən biz "Dostluq” MMC-nin içilərinin qara günləri başlamışdır. Birləşmə zamanı nazirliyin şöbə müdiri Tofiq Qocayevin köməkliyi ilə direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri qanunsuz olaraq işdən çxartmışdır.
Dəfələrlə şifahi və yazılı müraciət etsək də, Çərkəz Şirinov bizə "sizi işə götürməyəcəm, əlinizdən gələni edin” deyir. Biz dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, hətta Sizdən öncəki nazir Heydər Əsədovun qəbulunda olaraq, ləğv olunmuş müəssisələrin hüquqi varisinin yeni yaradılmış müəssisə olduğu üçün bizlərin də orada işləməli olduğunu bildirmişik. Keçmiş nazirin bizim işə qəbul olunmağımızla bağlı verdiyi tapşırıq belə müəsissə direktoru Çərkəz Şirinov tərəfindən yerinə yetirilməmişdir. Müəsissə direktoru havadarı, tələbə yoldaşı, nazirliyin istehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevə o qədər arxayındır ki, istədiyini çəkinmədən edir".
Şikayətçilər bildirirlər ki, Çərkəz Şirinovun bütün qanunları tapdalayaraq istədiyi kimi hərəkət etməsinin əs səbəbkarı havadarı, tələbə yoldaşı, nazirliyin istehsal müəssisələri ilə iş şöbəsinin müdiri Tofiq Qocayevdir:
"Tofiq Qocayev sabiq MTN generalı, hazırda Vətənə xəyanət maddəsi ilə həbs edilən Akif Çovdarovla həmyerlidir və deyilənlərə görə onların çox sıx münasibətləri olub.
Cənab nazir, siz günü bu gün Tofiq Qocayevin nəzarət etdiyi müəsissələri yoxlatdırsanız, şahidi olacaqsınız ki, dövlətimizin illərdən bəri inkşafına çalışdığı təsərrüfatlar başda şöbə müdiri olmaqla bir qrup şəxsin şəxsi qazanc mənbəyinə çevrilib.
Tofiq Qocayev və Çərkəz Şirinov
Tofiq Qocayevlə Çərkəz Şirinov birləşərək yeni yaradılan idarəni şəxsi obyektləri kimi istifadə edirlər. Belə ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov Tofiq Qocayevlə birləşərək qanunları tanımayaraq, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur. Bundan başqa Çərkəz Şirinov 2016-cı ildə ildə təsərrüfatın 400 hektar ərazisini 11 aylıq icarəyə vermiş və icarədən müəsissəyə 1 manatda olsun pul mədaxil edilməmişdir. Bu faktı hazırda sizin müavininiz olan Seyfəddin Talıbov tərəfindən prokrorluq orqanlarına göndərdiyi məktbunda da öz təsdiqini tapıb. Ancaq həmin faktın araşdırılmasının qarşısı şöbə müdiri Tofiq Qocayev tərəfindən alınmışıdr. Həmçinin 2017-ci ildə müəsissədə 600 ha pambıq sahəsi əkilmiş və hər hektara 600 manat vəsait xərclənməsinə baxmayaraq, 10-12 setner məhsuldarlıq olmuşdur. Halbuki rayonumuzda fəaliyyət göstərən özəl fermerlər həmin xərci çəkməklə 30 setnerddən yuxarı məhsul əldə edirlər.
Bundan başqa müəsissənin özünə məxsus 2055 baş xırda buynuzlu heyvanın 700 başı Tofiq Qocayevin köməkliyi ilə çıxdaş adı altında satılaraq 3-4 kq ətin qiymətinə sənədləşdirilib. Həmçinin nazirliyin Lerik rayonundakı təsərrüfatından yararlı vəziyyətdə Beyləqan Kənd Təsərrüfatı Müəsissəsinə verilən 1700 baş qoyunun 250-i çıxdaş adı altında sənədləşdirilərək mənimsənilmişdir.
Cənab nazir, bu sadaladığımız faktlar müəsissədə Tofiq Qocayevlə Çərkəz Şirinovun həyata keçirtdiyi korrupsiya faktlarının kiçik bir hissəsidir. Baş verənləri bir məktubla tam əhatə etmək mümkün deyildir.
Hörmətli İman Kərimov, sizdən bizim hüquqlarımızın bərpasına və Tofiq Qocayevlə Çərkəz Şirinovun Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsində qanunsuz fəaliyyətlərinin araşdırılmasına tapşırıqlar verməyinizi xahiş edirik".
Redaksiyadan: Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26