Interposta.Info

Aslan İsmayılov:

Ölkə
 20-02-2017, 16:30     659

Aslan İsmayılov:

“Əli Abbasov və müavini İltimas Məmmədov həbs edilməməsinin səbəbi bu sahədə olan dərəbəylikdir”

Bu sözləri tanınmış vəkil Aslan İsmayılov Politika.Az-a açıqlamasında keçmiş rabitə naziri və müavinin “rabitə işi” üzrə məsuliyyətə cəlb olunmaması haqda deyib.

Vəkilin fikrincə, bütün işlərin başında duran vəzifəli şəxslər həbs edilmir,ancaq bütün işçiləri həbs edilir: “Bu necə olur?
Sadəcə olaraq, baş verənlər ölkədə qanunun işləmədiyini xəbər verir”.

Hüquqşünasın sözlərinə görə, nazir və müavinlərinin istintaqa ifadələri var və əməllərini etiraf ediblər:
“Ancaq nazirlikdə onlardan aşağı vəzifə tutanlar mühakimə olunurlar”.

Xatırladaq ki, keçmiş milli təhlükəsizlik nazirliyinin əməkdaşları ilə bağlı aparılan istintaqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərininin korrupsiya və rüşvət faktları da ortaya çıxmışdı.

Nazirliyin onlarla neçə əməkdaşı həbs olunub, vəzifədən uzaqlaşdırılıb. Əli Abbasov prezidentin 12 noyabr 2015-ci ildə imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Ancaq buna baxmayaraq, indiyədək nazir barədə araşdırma aparılmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26