Prokurorluğa çağırılan sahibkarlar: "Dəyən zərərlə bağlı məlumatlar dəqiqləşdirilir"

Bu dəqiqələrdə Nizami Rayon Prokurorluğundan çıxan zərərçəkmiş sahibkarlar musavat.com-a danışıblar.
Onların sözlərinə görə, dindirmədə yanğın zamanı dəyən zərərlə bağlı məlumatlar dəqiqləşdirilib.
Sahibkarların verdiyi məlumata görə, bu proses bir neçə gün davam edəcək.
***
"Diqlas" ticarət mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlar Nizami Rayon Prokurorluğuna dəvət olunublar.
Musavat.com-un müxbiri xəbər verir ki, 50-yə yaxın sahibkar hazırda rayon prokurorluğundadır.
İlkin məlumata görə, sahibkarlar baş verən yanğın hadisəsi bağlı fərdi şəkildə dinlənilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26