Interposta.Info

“Diqlas” yanğını: sığorta etdirən sahibkarlar varmış

Ölkə
 27-03-2019, 16:48     10 330

Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta ödənişi üçün Azsığorta ASC-yə müraciət edib.

Bu barədə report-a şirkətdən bildirilib.

Bununla belə, hazırda ticarət mərkəzinə giriş məhdudlaşdırıldığı üçün sığorta şirkətinə məxsus qəza komissarları sığorta hadisələri ilə bağlı araşdırma apara bilmirlər.

"Diqlas”ın özü isə "Azsığorta” tərəfindən sığortalanmayıb", - deyə şirkətdən qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26