Interposta.Info

Yağış, qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək

Ölkə
 13-03-2019, 15:45     10 298

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən İnterPosta.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26