Interposta.Info

Hava pisləşəcək, külək əsəcək, yağış və qar yağacaq

Ölkə
 6-03-2019, 17:04     10 385

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterPosta.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir.

Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26