Interposta.Info

Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi

Ölkə
 4-03-2019, 13:09     10 405

Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.

İnterPosta.info
baku.ws-ə istinadən xəbər verir ki, "Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.

Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

İnterPosta.info hadisənin görüntülərini təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26