Interposta.Info

Bakıda bina yanır - VİDEO

Ölkə
 1-06-2017, 15:06     665

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub.

interposta.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

***

Bakıda istifadədə olmayan binada yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda, Elektron Hesablama Maşınları zavodunun arxasında hazırda istifadə edilməyən dörd mərtəbəli binada baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26