Interposta.Info

Prezident İcra Hakimiyyətinə 11 milyon manat ayırdı (SƏRƏNCAM)

Ölkə
 4-03-2019, 13:02     10 364

Prezident İlham Əliyev "Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.

İnterPosta.info
xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4 milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26