Interposta.Info

Prezident nazirliyə 3.8, İcra Hakimiyyətinə 1 milyon manat ayırdı

Ölkə
 4-05-2018, 18:35     10 445

Prezident İlham Əliyev "Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, sərəncamla Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Təhsil Nazirliyinə 3,8 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26