Interposta.Info

Elmar Hüseynovun qətlindən 14 il keçdi

Ölkə
 2-03-2019, 13:24     10 337

Bu gün məşhur azərbaycanlı jurnalist Elmar Hüseynovun qətlindən 14 il keçir.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda doğulub.

"Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı olub. "Monitor" jurnalının yaradıcısı və baş redaktoru vəzifəsində çalışıb.

2005-ci ilin martında Elmar Hüseynov sui-qəsd nəticəsində qətlə yetirilib.

Onun qətlinin sifarişçiləri məlum deyil. İcraçıların adları çəkilsə də, onların Azərbaycana ekstradisiyası mümkün olmayıb.

37 yaşlı jurnalistin Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilməsi ozaman ölkədə və beynəlxalq miqyasda rezonans doğurub.

Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət edib.

İnterPosta.info

Elmar Hüseynovun qətlindən 14 il keçdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26