Interposta.Info

Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Ölkə
 17-07-2017, 15:31     556

Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Modern.az-ın məlumatına görə, Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub.

1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. “Bakı Bulvarı” və “Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26