Ağdam rayonundan kütləvi şikayət və İcra Hakimyyətindən açıqlama - FAKTLAR: VİDEO+FOTO

İnterPosta.info-da Ağdam rayon İcra Hakimnyyətinin fəalliyəti və rayonun Əfətli kənd sakinlərinin kütləvi müraciəti haqqında gedən yazılara, rayon icra hakimyyəti tərəfindən verilən açıqlamanı olduğu kimi sizlərə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən,Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası məqsədilə vəsait ayrılmış və hazırda həmin sərəncamın icrası həyata keçirilir. Sərəncamda hansı yaşayış məntəqələrində təmir bərpa işləri aparılacağı tam aydın gösdərilir. Buna baxmayaraq bir qrup sakinlər tərəfindən evlərinin təmir olunmaması iddiası ilə müxtəlif kütləfi informasiya vasitələrinə müraciətlər edirlər. Sizin sayta rayonun Əfətli İnzibati ərazi dairəsi üzrə nümayəndiliyin tərkibində olan yaşayış məntəqələrin bir neçə sakininin Məmmədov Qazax, Quliyev Novruz və müraciətdə adı çəkilən Süleymanova Ülkər, o cümlədən digər 14 nəfərin adından yeni daxil olan müraciətçilər tərəfimizdən araşdırılmışdır. Qeyd edə bilərik ki, bu şəxlərdən 2 nəfəri (Məmmədov Qazax, Süleymanova Ülkər, ) birbaşa, digər 2 nəfəri (Quliyev Novruz, Əhmədov Məhiyəddin) isə birgə yaşadıqları ailə başçılarınin adına bərpa agentliyi tərəfindən 2015-ci il mal-materialla təmin olunmuşlar. Belə ki, Əhmədov Məhiyəddin həmin vaxt anası ilə birgə yaşamış və ailə başçısı anası olmuşdur. Ancaq sonra anası rəhmətə getdiyi üçün indi özünün adına yenidən bərpa tələb edir. Ancaq hazırda bərpa tələb etdiyi ev agentlik tərəfindən materialla təmin olunmuşdur. Quliyev Novruz isə atası ilə birgə yaşayır və atasının adına materail alıb. Digər şəxlər isə Rüstəmov Esxel, Heydərov Çingiz, Qarayev Fizuli və onun həyat yoldaşı Qarayeva Lətafət, Salmanova Ofeliya, Heydərov Fərhad, Cəfərov Ayaz sərəncamın əhatə etdiyi Əfətli ərazi nümayəndəliyinin Əfətli, Hacıməmmədli. İsalar və Məmmədbağırlı kəndlərinin heç birində yox əhatə eləmədiyi Hacıturalı və Həsənxanlı kəndlərində yaşayırlar. Digər şəxslərdən Səmədov Namiq və Həsənov Nargilə bərpa tələbi etdikləri evdə yaşamırlar. Namiq uzun illərdir Bakı şəhərində Nargilənin isə evində qardaşı yaşayır və evin heç bir təmirə ehtiyacı yoxdur. Digər 2 nəfər Səmədova Kifayət və Məmmədova Tahirənin isə evləri növbəti dəfə baxış keçirilməli olan 11 ev varki onun siyahısındadır və baxış keçiriləcək. Ehtiyacı varsa təmirə salınacaqdır.
Onu da qeyd edək ki, Səmədova Kifayətin oğlu bildirib ki, onun anasının adından yazılan müraciətdən xəbərləri yoxdur.
Və Ağdam rayon Əfətli kəndinin birqrup sakinləri tərəfindən İnterPosta.info-nun e-mail adresinə göndərilən növbəti müraciətlə bağlı Ağdam rayon icra hakimyətindən münasibət öyrəndik: Qurum rəsmisi müraciətdə imza edənlərin hər biri haqqında münasibət bildirib.
İnterPosta.info olaraq müraciəti olduğu kimi təqdim edirik.
Müraciət.
Hörmətli Prezident və mətbuat orqanları işçiləri!
Biz mənfur erməni qonşularımızla təmas xəttialtında yerləşən Əfətli kəndinin sakinləriyik. 1993-cü ildənsonra, yəni Ağdam şəhərinin və ətraf kəndlərin işğalından sonra sanki biryarımadada, iqtisadi və sosial həyat şəraitinin aşağı olması ucbatından Əfqanıstanın sosial həyat tərzini xatırladan bir çətin vəziyyətdə yaşayırıq. Çoxlu sayda icra başçılarının dəyişdirilməsi, çoxlu sayda prezident fərmanlarının və sərəncamlarının verilməsi heçnəyi dəyişmir və heçnəyi gözləməyə ümid vermir. Kadr dəyişiklikləridə bir nəfərin başına 5 dəqiqənin içərisində 50 papaqqoyulması mənzərəsi verir. Çünki mahiyyət dəyişmir. İnsan kapitalının bir dəyər olaraq qorunması dövlət başçımız tərəfindən dövlətimiz və dövlətçiliyimiz qarşısında prioritet məsələ olaraq durması açıq şəkildə bəyan edilməsinə və Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təminedilməsi dövlətin aliməqsədi elan edilməsinə (Azərbaycan Respublikası Konstitusiyası:maddə 12) baxmayaraq vəziyyət dəyişmir ki, dəyişmir!
İndi məntiqli sual ortaya çıxır:-XXI əsrdə xaricilər kosmosa turist kimi getmək istədiyi bir vaxtda, biz, bünövrəsi və divarları uçub tökülən (1930-cu ildən 1960-cı ilə kimi inşa edilmiş) çiy kərpicdən və çay daşlarından tikilmiş, içərisi yayda ilanlarla dolan evlərdən necə xilas olaq?
Ehtiyat fondunda 40 milyarddan artıq pulu olan bir dövlətin, ölkənin vətəndaşlarının da evlərinin içərisinə, başına qar, yağış yağarmı?
Bizim evlərimizin yeniləri ilə əvəz olunması üçün dövlətimizə üz tutmağımızda bir günah və yaxud da qanunsuzluq edirikmi?
Bu işlərin həyata keçirilməsi üçün biz sadə kəndlilərin mitinqlərə və nümayişlərə qatılması vacibdirmi?
Hörmətli Prezident!
Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov cənabları təmas xəttindən 3 km məsafədə top və qrad qurğuları mərmilərindən ziyan çəkmiş evlərin təmiri ilə bağlı onların fəaliyyət dairəsinin məhdudlaşdırılması barədə bizə cavab məktubları göndərirlər. Bizim yaşadığımız Əfətli kəndi təmas xəttinin altında yerləşir. Düşmən tərəfindən atılan mərmilər bizim kəndimizin paralelliyindən çox-çox aşağıda dayanan Ağcabədi rayonunun Qaraxanlı kəndinə düşmüşdür. Beləçıxır ki, ermənilər tərəfindən atılan top və qrad mərmiləri 3 km-dən artıq məsafəyə getmir?
Bu doğrudanmı belədir?
Hörmətli Prezident!
Biz inanırıq ki, “xəstə” olmayan mütəxəssislər tərəfindən (tərkibində ictimaiyyət nümayəndələrinində iştirakları təmin olunan) yaradılmış nüfuzlu komissiya tərəfindən bizim problemlərimizin müəyyənedilməsinə və həll olunmasına köməklik etməkdən imtina etməzsiniz!
İmzalar:
1.Rüstəmov Esxel Qubad oğlu
2.Heydarov Çingiz Canqar oğlu
3.Zamanova Rəbiyyə Zaman qızı
4.Əhmədov Məhəddin Əhəd oğlu
5.Qarayev Fizuli Şirin oğlu
6.Qarayeva Lətafət Müzəffər qızı
7. Səmədov Namiq Böyükkişi oğlu
8.Salmanova Ofelya Calal qızı
9.Heydarov Fərhad Nadir oğlu
10.Bağırov Zahir Hüsüo ğlu
11.Həsənova Nargilə Alı qızı
12. Səmədova Kifayət Rəhim qızı
13.Məmmədova Tahirə Mirbaba qızı
14.Cəfərov Ayaz Səfər oğlu
İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26