Interposta.Info

İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb (FOTO)

Ölkə
 15-02-2019, 10:13     10 559

Rusiya polisi 32 yaşlı Dərbənt şəhər sakini Beytulla Cavadovu saxlayıb. Buna səbəb həmin şəxsin məmur vəzifələrinin satışı ilə məşğul olması olub. Bu günə onun fəaliyyətindən xəsarət almış 10 nəfər barədə məlumat var.

İnterPosta.info
anews.az-a istinadən xəbər verir ki, fırıldaqçı bu fəaliyyəti müqabilində 15 milyon rubl pul əldə edib. Məlumatı "Arqumenti i fakti" qəzeti yayıb.

Məmur "vəzifələri"nin satışı işinə Cavadov Dağıstan Milli İclasının deputatı Leyla Kərimovanın köməkçisi olandan sonra qurşanıb. Adamları öz imkanlarına inandırmaq üçün o, həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya prezidenti Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş.

Təhsil nazirinin müavini vəzifəsi üçün Cavadov 4 milyon rubl, rayon rəhbəri vəzifəsi üçün - 2-3 milyon rubl istəyibmiş. Baş nazir vəzifəsi isə 5 milyon rubl imiş.

İnterPosta.info

İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26