Azərbaycanda 6 ballıq zəlzələ oldu -
Bu dəqiqələrdə Azərbaycanda zəlzələ baş verib.
Zəlzələ bir neçə rayonla yanaşı Bakıda da hiss olunub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.
Zəlzələ daha çox İsmayıllı, Şamaxı, Qobustan rayonlarında hiss olunub. Sakinlər evlərini tərk edib
Təbii fəlakətlə bağlı hələ ki, rəsmi məlumat yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26