Interposta.Info

Biləsuvardakı qəzada ölənlərin sayı artdı

Ölkə
 28-01-2019, 11:01     10 327

Biləsuvar rayonunda dünən axşam saatlarında baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

İnterPosta.info
"qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 27-si saat 23:00 radələrində Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər, Binəqədi rayon sakini Dəmirov Vəli Baxış oğlu idarə etdiyi "Mersedes Vita” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər Abşeron rayon Hökuməli kənd sakini Əliyeva Elmira Ağasəf qızı, Binəqədi rayon sakini Dəmirova Pürzəxanım Eynulla qızı və Həşimova Elnarə Hüseynağa qızı vəfat ediblər.

Həmin şəxslər İrandan Bakıya gəlirmişlər.

"Report"un məlumatına görə, digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26