Interposta.Info

Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı

Ölkə
 9-01-2019, 16:51     10 310

Kürdəmir rayonunda yol qəzası baş verib.

İnterPosta.info
"Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.

Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.

İnterPosta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

[frame src='https://qaynar.tv/embed/22845' width='560' height='315' frameborder=0 scrolling='no' id='hdvideoiframe' webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen]
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı
Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26