Interposta.Info

Tahir İmanovdan Mehmanla bağlı -

Ölkə
 7-01-2019, 08:57     10 496

Əməkdar artist, məşhur yumor ustası Tahir İmanovun adından facebook sosial şəbəkəsində saxta profil yaradılıb.

Tahir İmanovdan Mehmanla bağlı -

İnterPosta.info xəbər verir ki, bu barədə Moderator.az-a açıqlamasında əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

"Facebookda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan blogger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.

Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.
Tahir İmanovdan Mehmanla bağlı -

Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26