Interposta.Info

1 ildir axtardığı qızı dolabdan tapıldı - ana göz yaşlarına boğuldu (VİDEO)

Ölkə
 4-01-2019, 15:36     10 462

1 ildir 4 yaşlı qızının həsrətini çəkən Meltem İlkar canlı yayımda ona qovuşub.

Sözügedən hadisə ATV kanalında yayımlanan "Esra Erolda" verilişində yaşanıb.

Poqrama müraciət edən Meltem İlkar 1 il əvvəl həyat yoldaşı Alper İlkar tərəfindən qaçırılan 4 yaşlı Ece adlı qızının axtarışına çıxıb. Qızına qovuşmaq istəyən ana canlı efirdə göz yaşlarına hakim ola bilməyib.

4 yaşlı Ecenin axtarışına çıxan Esra Erolun komandası və proqramın hüquqşünası Ankarada tapdıqları uşağı anasına təslim etmək üçün yola çıxıblar. Azyaşlını anasından gizlədən ata evinin qapılarını onların üzünə açmaq istəməyib. Çilingərin gəlişi ilə qapını açan komanda atası tərəfindən evdə dolabın içində gizlədilən Eceni tapıblar. Hüquq-mühafizə orqanları ilə Esra Erolun komandasının bərabər səyləri nəticəsində 4 yaşlı qız anasına qovuşub./BAKU.WS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26