Interposta.Info

Bakıda müdhiş soyğun: qadın müstəntiq hücuma məruz qaldı

Ölkə
 3-01-2019, 19:55     10 469

Nərimanov Rayon Prokurorluğunun qadın müstəntiqi yeni ilin ilk günündə soyğunçuluğun qurbanı olub.

İnterPosta.info
-nun məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, yanvarın 1-i saat 19:15-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində 28 yaşlı Bakı sakini, prokurorluqda müstəntiq işləyən Turan Bayram qızı Mirzəyevaya bir kişi hücum edib. Cinayətkar Mirzəyevanın əl çantasını alaraq qaçıb.

Bu zaman müstəntiqin çantasında 2550 manat pul və hesabında min manat olan bank kartı olub. Lakin soyğunçu çox da uzağa qaçmağa müvəffəq ola bilməyib.

Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs Gəncə şəhərinin 36 yaşlı işsiz sakini Quliyev Sadiq Sahib oğludur.

Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər məhkumluğu olmayıb. Dindirilmə zamanı saxlanılan şəxs etiraf edib ki, o, cinayətə həyatında ilk dəfə əl atıb və onun ilkin təcrübəsi uğursuz alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26