Interposta.Info

“2033-cü ildən gəldim” dedi, açıqlamaları ilə şok etdi

Ölkə
 3-01-2019, 14:35     10 407

“2028-ci ildə yadplanetlilərin mövcud olduğu sübut ediləcək”
2033-cü ildən gəldiyini iddia edən bir zaman səyyahı gələcəkdə yaşanacağını iddia etdiyi hadisələrdən danışıb.

Zaman səyyahının iddiaları səs yazısı ilə bir video platformasında yayımlanıb. 2006-cı ildə dünyaya gəldiyini deyən zaman səyyahı 27 yaşında olduğunu vurğulayıb.

Zaman səyyahına görə, 2028-ci ildə zamanda səfər texnologiyası dünya ictimaiyyəti ilə paylaşılacaq. Eyni ildə yadplanetlilərin də var olduğu sübut ediləcək.

İddiaları dinləyən bir çox insan kimliyini açıqlamayan və təkcə səs yazısı ilə əlaqə qurmağa çalışan zaman səyyahının dediklərini inandırıcı hesab etməyib.

“2033-cü ildən gəldim” dedi, açıqlamaları ilə şok etdi

Bəzi sosial şəbəkə istifadəçiləri isə “Mən 2018-ci ildən gələn bir zaman səyyahıyam və dünən 2019-cu ilə gəldim” deyərək zaman səyyahına rişxənd edib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə lotereya nəticələrini və birja təxminlərini də soruşub. 2033-cü ildən gəldiyini deyən zaman səyyahı bu cür iddiaları dilə gətirən ilk adam deyil.

Zaman-zaman bəzi insanlar gələcəkdən gəldiyini iddia edərək, bu cür iddialarla çıxış edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26