Interposta.Info

Fotodakı uşaq Marsdan gəldiyini iddia edir -

Ölkə
 8-11-2017, 14:50     9 240

Rusiyanın Volqoqrad şəhərində yaşayan Boriska Kipriyanoviç adlı uşaq doğulmamışdan əvvəl Marsda yaşadığını iddia edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Boriskanın həkim anası oğlunun doğulandan 2 həftə sonra başını qaldıra bildiyini, bir neçə ay sonra danışdığını, 1,5 aylıq olan zaman isə oxuyub, rəsm çəkib, boyaya bildiyini iddia edir.

Uşağın müəllimləri bildirir ki, onun çox güclü yaddaşı, yaxşı yazma və dil öyrənmə qabiliyyəti var.

Kipriyanoviçin ailəsi deyir ki, daha əvvəl ona digər planetlərdən bəhs etməyiblər, lakin uşaq Marsdan, digər planetlərdən danışmağa başlayıb və nüvə qəzasından məhv olmuş Marsda doğulduğunu iddia edib.

Qırmızı planet xalqının karbonla nəfəs aldığını və yerin altında yaşadığını deyən Boriska qeyd edib ki, əvvəlki həyatında Yeri pilot kimi ziyarət edib və Gizadakı Böyük Sfinks açılan zaman dünya tamamilə dəyişəcək və piramidanın açılma mexanizmi heykəlin qulaq hissəsində yerləşir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26