Interposta.Info

Marsda yadplanetli döyüşçü tapıldı –

Ölkə
 19-01-2017, 11:05     1 306

Marsda yadplanetli döyüşçü tapıldı –


NASA-nın Marsa göndərdiyi “Kuriositi” kosmik gəmisinin çəkdiyi görüntüləri izləyən ufoloqlar qırmızı planetin səthində yadplanetli döyüşçü tapdıqlarını iddia ediblər.

Yutub sosial şəbəkəsindəki “Paranormal Krusibl” (Paranormal Crucible) adlı istifadəçinin 14 yanvarda paylaşdığı marslı döyüşçü videosu qısa müddət ərzində 90 min dəfə izlənilib.

Videoda “Kuriositi”nin çəkdiyi fotoda qaya kimi görünən bir cismin incələndiyi görünür. Foto dəfələrlə yaxınlaşdırıldığı zaman qayaya bənzəyən cismin yadplanetliyə bənzəməsi diqqət çəkib.

Kompüterin yardımı ilə sözügedən görüntüləri incələyən “Paranormal Krusibl” görünən cismin astronavt geyiminə bənzəyən zireh geyindiyini və əlində silah tutan bir qaraltıya çevrildiyini göstərib.

Qeyd edək ki, “Paranormal Krusibl” adlı istifadəçi daha əvvəl Marsda piramida, kəllə sümüyü və heykələ bənzər şəkillər təsbit etdiikərindən bəhs edən video yayımlamışdı. Son videoları isə internetdə mübahisəyə səbəb olub. Bəziləri görüntülərin “Sadəcə bir qayanın önündə dayanan başqa bir qaya” olduğunu, bəziləri isə yadplanetlilərin həqiqətən mövcud olduğuna inandıqlarını bildirib. NASA isə mövzu ilə bağlı heç bir açıqlama verməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26