Interposta.Info

Canlı bağlantı:

Ölkə
 14-04-2017, 07:19     475

Ayın səthində həm NASA-nın, həm də kosmonavtların gördükləri cismlər, hətta dünyamızdan da teleskopla sezilir. Sözügedən cismlər Ayın fərqli nöqtələrində görünür, sonra isə gözdən itir. İşıq saçan cismlər haqda bir çox mənbədə məlumat var. 8 km uzunluğu olan bu cismlər iddialara görə, təbii şeylər deyil. Hətta nəzəriyyələrə görə, Ayın üzərində asılı dayanan böyük bir qala var. Bu da inkişaf etmiş bir sivilizasiyaya işarədir. NASA isə bu qəribə nəzəriyyələri heç vaxt təkzib etmir.

Bu haqda məlumat Yutub video-paylaşım şəbəkəsində yayımlanmış bir videoda yer alıb. Videoda Aydakı yadplanetli bazaları haqda iddalardan da söhbət açılıb:

“Ayda yadplanetlilərin bazasının olduğuna inananlar hər gün daha da artır. İddialara görə, bazalar Ayın görünməyən, qaranlıq tərəfində yerləşir. Aya ilk gedən insan Nil Armstronq ölümündən əvvəl bir müsahibəsində deyib:

“Ayda tikililər var və bu tikililər bizə aid deyil. Sadəcə, onların gəmilərinin həcm və texnoloji baxımdan bizimkilərdən xeyli üstün olduğunu deyə bilərəm”.

Keçmiş hərbçi Miltun Kupur da Ayda olan və kəşfiyyatçıların “yadplanetli bazası” dedikləri bir bazadan bəhs edib. Kupura görə, Ayın ucqar tərəfində olan bu yadplanetli bazasını Aya gedən “Apollon” kosmonavtları görüb, çəkib.

Ay haqqında gizli məlumatlardan diqqətçəkici olanlarından biri də “Apollon 8” uçuşudur. 25 dekabr 1968-ci ildə “Apollon 8” gəmisinin kosmonavtları dünya ilə bağlantı qurdular. Hər kəs həyəcanlı şəkildə nəticəni gözləyirdi. Amma birdən-birə səs kəsildi, bütün dünya səssizliyə büründü. 10 dəqiqə keçməsinə baxmayaraq, onlardan səs-səmir yox idi. Mərkəz “Apollon 8” gəmisi ilə canlı bağlantı qurmağa çalışırdı. Axır ki, “Apollon 8”-dən Cim Hüstonun səsi eşidildi. Hüston belə deyirdi: “Mərkəz! Bura “Apollon 8”-dir. Hər yerdə uçan boşqablar var. Neçə dənə olduqlarını bilmirəm. Bəlkə, 5 dənədir, bəlkə də çoxdur”.

Bu an yayım kəsilir. Əhali mərkəzlə “Apallon 8” arasında keçən danışıqları eşidə bilmir. Daha doğrusu, xalqın dinləməsinə icazə verilmir. Amerika mətbuatı rəsmilərdən geniş açıqlama istəsələr də, istəkləri qəbul edilməyib. Buna baxmayaq, bütün dünya canlı yayımda eşitdiyi bu danışıqları heç vaxt unutmadı. “Apollon 8” dünyaya qayıdanda haradasa 1500 foto gətirmişdi. Bu fotoların böyük bölümü rəsmilər tərəfindən gizlədilmiş, sadəcə, 380 ədəd Ay fotosu mətbuata verilmişdi. Kosmosda həyatın olması fikri insanların ən çox diqqətini cəlb edən nəzəriyyələrdən biridir. Buna görə NASA Aya düz 6 dəfə içində insan olan gəmi göndərib. “Apollon 17”-dən sonra isə Aya bir daha ayaq basılmayıb. İddialara görə, NASA “Apallon 17”-nin səfəri zamanı Ayda yadplanetlilərlə qarşılaşıb və bundan sonra işlərini gizli şəkildə görməyə başlayıb. NASA tərəfindən çəkildiyi iddia olunan yadplanetlilərə bənzər adamların fotolarının ortaya çıxmasından sonra isə Ayda yadplanetli olması fikri çox insan tərəfindən qəbul olunub. Həmin cismin heykələ bənzəməsi insanlarda onun Aydakı bir heykəl ola biləcəyi fikrini yaradıb. NASA isə sözügedən görüntünün heykəl olmadığını, kameranın şüşəsindəki ləkə olduğunu açıqlayıb”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26