Interposta.Info

"WhatsApp" bəzi smartfonlarda fəaliyyətini dayandıracaq

Ölkə
 2-01-2019, 09:59     10 395

"WhatsApp" bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək.Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirib.

Qeyd olunur ki, dəyişikliklər "Nokia Series 40"əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.

Bundan əlavə, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "WhatsApp" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26